Şirkət Haqqında

Yanğın təhlükəsizliyi təhlükəsiz həyatın əsas atributudur. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında qanunvericiliyinə əsasən bütün şəxslər və müəssisələr yanğın təhlükəsizliyi tələblərinə əməl etməlidir. Bu tələblərin icra edilməsi lisenziyalaşdırılmış şirkətlər tərəfindən həyata keçirilir. Bu məqsədlə yaradılmış "FS&SS" MMC öz xidmətlərini sizə təqdim edir. "FS&SS" MMC-nin ixtisaslaşdırılmış işçiləri və müasir avadanlıqları peşəkarlığımızın təminatçısıdır. Şirkətimiz aşağıdakı işlərin həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi lisenziyaya malikdir.

  • Yanğınsöndürmə ləvazimatlarının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

  • Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

“Məmnun müştəri” prinsipini əsas tutaraq yanğın təhlükəsizliyi sahəsində müştərilərinin tələblərini peşəkarlıqla icra edən "FS&SS" MMC-də İSO 9001:2015 və OHSAS 18001:2007 standartları tətbiq olunmuşdur.